Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan sülhməramlılarının nümayəndəsi danışıb.
Bildirilib ki, bu şəraitsizlik yalnız yerləşmə və təhlükəsizlik sahəsində yox, adi elementar qidalanma prosesində də özünü büruzə verir. Onlar özləri ilə apardıqları konservlərlə qidalanırlar.
Suriyaya erməni mütəxəssislərinin göndərilməsi nəticəsində NATO Ermənistanla birgə bir sıra əməkdaşlıq proqramlarından imtina edib. Hazırda Əfqanıstan və Kosovoda həyata keçirilən sülhməramlı əməliyyatlarda Ermənistanın iştirakından gələcəkdə imtina edilməsindən ehtiyat edilir.
“Suriyaya missiya göndərilməsi bizə çox böyük ziyan vurub”, - deyə erməni nümayəndə bildirir. Hazırda Tonoyan ABŞ-dadır və onun bu vəziyyətin nizama salınmasına nail olacağına ümid edildiyi qeyd olunur.
Alpər Mövludoğlu
Ordu.az