"Aprel döyüşləri korrupsiyanın erməni ordusuna necə təsir etdiyini göstərdi" - Tasiç

2019/03/3453-1553845605.jpg
Oxunub: 25474     12:12     29 Mart 2019    
"2016-cı ilin aprel döyüşləri korrupsiyanın Ermənistan ordusuna necə təsir etdiyini göstərdi".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Strateji Araşdırmalar İnstitunun baş elmi işçisi Konstantin Tasiç deyib.

Onun sözlərinə görə, illərdir Ermənistandakı məmurlar cinayət avtoritetləri ilə əlaqələrdə şübhəli bilinib və vətəndaşların sosial-iqtisadi vəziyyətini nəzərə almayıblar.

"Eyni zamanda 2016-cı ilin aprel döyüşləri korrupsiyanın Ermənistan ordusuna necə təsir etdiyini göstərdi. İkinci prezidentlik mandatından sonra Serj Sarkisyanın Ermənistanın Baş naziri olması barədə qərarı, məhz özü tərəfindən verilən vədin pozulması idi və insanlar bunu gördü. Diasporun bir çox nümayəndələri aksiyalarda şəxsən iştirak etmək üçün Ermənistana qayıtdılar", - deyə Tasiç vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aprel-döyüşləri   Etiraz   Korrupsiya  


Bizi "telegram"da izləyin