Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasim Rezai İranın Ərdəbil vilayətində görüşəcəklər.
Ordu.az İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rezai jurnalistlərə açıqlamasında bildirib.
"İkigünlük danışıqlarda qonşu ölkələr arasında təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi və bir sıra digər məsələlərin müzakirə olunacağı planlaşdırılır", - deyə o qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər: