Ermənistanda çağırışçılar musiqi sədaları altında döyüldülər - VİDEO

2019/01/45645-1546957042.jpg
Oxunub: 3361     18:37     08 Yanvar 2019    
Ermənistanda bir qrup şəxs avtomobillərlə çağırışçıları daşıyan avtobusu dayandıraraq onları çəkişdirib və söyüş ifadələri səsləndirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar avtobusun qapısını təpikləyərək açıb, içəri daxil olub, əlbəyaxa dava ediblər.

Lakin çəkilişlər aparıldığına görə xəbərdarlıq edildikdən sonra dava atmosferini guya yola salma mərasiminə çevirməyə cəhd ediblər.

Onlar yüksək musiqi sədaları altında qarşıdurmanı ört-basdır etməyə çalışıblar. Ətrafdakı sakinlər çağırışçılara qarşı kobudluq edənlərə etiraz ediblər.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Çağırışçılar   Dava  


Bizi "telegram"da izləyin