Erməni əsgərlərə mobil telefondan istifadə icazəsi?

2019/01/0-19-1546956732.jpg
Oxunub: 8855     18:10     08 Yanvar 2019    
"Bu gün Ermənistan ordusuna qış çağırışı başlayıb. Bu çağırışın yeniliyi ondan ibarətdir ki, mobil telefonların istifadəsinə icazə verilib. Bu çağırışdan başlayaraq, gənc çağırışçılar üzərlərində videoçəkiliş, şəkil çəkmə, səs yazma imkanları olmayan mobil telefon daşıya bilərlər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş hərbi komissarı general-mayor Henrik Muradyan bildirib.

Hərbi komissar qeyd edib ki, noyabr ayından qış çağırışının hazırlıqlarına başlanılıb və dünəndən bu proses mərkəzi çağırış məntəqəsində davam etdirilir.

Jurnalistlərə müsahibə verən hərbi komissar xoşagəlməz vəziyyətlə qarşılaşıb. Jurnalistlər suallarını verib dağıldıqdan sonra o gülünc vəziyyətə qalaraq "çağırışçılara nə arzu etdiyi barədə" əsas sualın verilmədiyini gülərək ifadə etməklə jurnalistlərin yenidən toplanmasına cəhd edib və çağırışçılara arzusunu bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin