Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan Müdafiə nazirliyinin mərkəzi çağırış məntəqəsində jurnalistlərlə görüşü zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan deyib.
"Gələcəkdə əgər sərhəddin müəyyən olunması məsələsi ilə bağlı danışıqlara başlasaq, Azərbaycan-Ermənistan sərhəddinə yanaşmanı və ümumi xidmətin təşkilini həmçinin, qəbul olunduğu kimi dövlət sərhəddində sərhədçilərin olması məsələsini alqışlayarıq", - deyə Davtyan bildirib.
O qeyd edib ki, hazırda bu Azərbaycan tərəfindən birtərəfli şəkildə həyata keçirilir.
"Biz öz tərəfimizdən bəzi məsələləri elan etmədən həyata keçiririk, buna ehtiyyac da yoxdur", - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az