Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan jurnalistlərin sualına cavab olaraq erməni ordusunda nasaz avtomobillərin istismarı və bunun nəticəsində baş verən bədbəxt hadisələrə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, istismar müddətinin başa çatması və ya nasazlıq ucbatından istismara yararsız avtomobillər istismardan çıxarılır.
"İstənilən texnika, hətta yeni olsa belə texniki cəhətdən nasaz ola bilər. Biz bu cür texnikanın hərəkətdə olmaması üçün əlimizdən gələni edirik. Xüsusilə də müddətli xidmət hərbi qulluqçuları tərəfindən idarə olunan avtomobillərə diqqət ayırırıq", - deyə Davtyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az