Ordu.az xəbər verir ki, bu barədə erməni mətbuatına açıqlama verən Gürcüstanın sabiq Xarici İşlər naziri diplomat İrakli Menaqarişvili 2018-ci ildə iki ölkə arasındakı münasibətləri təhlil edərkən bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda iki ölkə arasındakı münasibətlərin inkişafı bütün bölgənin təhlükəsizliyi, sabitliyi və iqtisadi maraqlarından irəli gəlməsinə baxmayaraq, 2018-ci il Ermənistan Gürcüstan arasındakı münasibətlər baxımından heç nə ilə gözə çarpmayıb.

“Hər iki ölkənin rəhbərlərinin yüksək səviyyəli qarşılıqlı səfərləri, müxtəlif əhəmiyyətli layihələrin müzakirəsi, o cümlədən Lars keçid məntəqəsi probleminin həll edilməsi, bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşməsini nəzərdə tutulsa da, bu istiqamətdə əməli addımlar atılmadı”, - deyə o qeyd edib.
O, hər iki ölkədə daxili siyasi vəziyyət mürəkkəb olduğunu vurğulayıb: “Ermənistanda inqilab baş verdi, inqilabdan sonrakı hadisələrin inkişafı, seçkilər həyata keçirildi. Gürcüstanda isə kifayət qədər kobud atmosferdə prezident seçkiləri, daha sonra seçki sonrası fəal hadisələr baş verdi”.
Analitik, Qarabağ münaqişəsinin həlli istiqamətində münaqişənin nizamlanması üçün Gürcüstanın imkan daxilində yardım etməli olduğunu, xalq diplomatiyasının fəallaşmasına və möhkəmlənməsinə fayda verməli olduğunu qeyd edib və Gürcüstanın belə bir təcrübəyə sahib olduğunu söyləyib.
Alpər Mövludoğlu
Ordu.az