İran ölkədəki çoxsaylı terror cəhdlərinə görə ABŞ-ı ittiham edib

2019/01/13960-1546952712.jpg
Oxunub: 6228     17:04     08 Yanvar 2019    
“Son 2 ildə İran Təhlükəsizlik Qüvvələri tərəfindən ölkə ərazisində onlarla terror cəhdinin qarşısı alınıb”.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı bu gün mətbuata açlıqlamasında İran Daxili İşlər nazirinin müavini Hüseyn Zülfüqari bildirib.

Zülfüqari deyib ki, son iki ildə İranda həyata keçirilməsi planlaşdırılan 100-dən çox terror cəhdi aşkarlanaraq qarşısı alınıb.

O, ABŞ və onun regiondakı müttəfiqlərinin İranda problemlər və iğtişaşlar törətməyə çalışdığını iddia edib.

“Düşmən ölkənin sabitliyi və təhlükəsizliyini pozmaq istəyir”, - deyə o xəbərdarlıq edib.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin