Braziliya Müdafiə naziri: “ABŞ hərbi bazasına ehtiyac görmürük”

2019/01/45645-1546952407.jpg
Oxunub: 3702     16:59     08 Yanvar 2019    
“Bu addım diqqətlə qiymətləndirilməlidir. ABŞ hərbi bazasının açılması üçün səbəb görmürəm”.

Ordu.az xəbər verir ki, bu sözləri Brzailiya Müdafiə naziri general Fernando Azevedo ölkəsində ABŞ-ın hərbi baza açmaq məsələsinə münasibət bildirirəkən deyib.

Bu ilin yanvarın 1-i tarixində vəzifəsini icra etməyə başlayan prezident Jair Bolsonaro, iki gün sonra televiziyaya müsahibəsində Venesuelada Rusiya təsirinə qarşı olaraq Braziliyada ABŞ bazasına icazə verməyə hazır ola biləcəyini söyləyib.

Müdafiə naziri “Reuters”ə verdiyi açıqlamada, ordunun bu fikrə qarşı olduğunu və prezidentin planlarının nazirliklə razılaşdırılmadığını bildirib.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin