Ermənilər 102-ci bazanın qarşısında etiraz aksiyasına hazırlaşırlar

2019/01/15183-1546933449.jpg
Oxunub: 10010     11:43     08 Yanvar 2019    
Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasının qarşısında etiraz aksiyası keçiriləcək

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Avropa partiyası təsisçisi Tiqran Xzmalyan öz "Facebook" səhifəsində yazıb.

"12 yanvar 2019-cu ildə Avetisyanlar ailəsinin öldürülməsinin 4-cü ildönümü və Culiyetta Qukasyanın öldürülməsinin 40-cı günü ərəfəsində Gümrüdəki 102-ci rus hərbi bazasının qarşısında Ermənistanın Avropa partiyasının təşkilatçılığı ilə matəm və etiraz aksiyası keçiriləcək", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin