İraqlı polkovnik: “ABŞ qoşunları Suriyadan Kərkükdəki hərbi bazalara çəkilir”

2019/01/uiy56-1546868306.jpg
Oxunub: 23798     17:37     07 Yanvar 2019    
“Vaşinqton, Suriyadan çıxarılan qoşunlarını İraqın Kərkük şəhərindəki ABŞ hərbi bazasında yerləşdirməyi planlaşdırır”.

Ordu.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzetinə danışan İraq ordusunun ehtiyatda olan polkovniki Vədallah Nafi söyləyib.

Bildirilir ki, son bir neçə həftə ərzində Suriyadan çıxarılmış ABŞ hərbi qüvvələri Kərkükdəki hərbi bazalara köçürülüb.

Sözügedən qüvvələr Kərkükdəki “Kivan” hərbi hava bazasına və Anbardakı “Ayn əl-Əsəd” bazasına yerləşdiriliblər.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   ABŞ   Kərkük  


Bizi "telegram"da izləyin