HVAV-dan 102-ci bazaya: Hərbçini Ermənistana təhvil verin

2019/01/45654-1546867037.jpg
Oxunub: 28104     19:48     07 Yanvar 2019    
Gümrüdə qadının öldürülməsində ittiham edilən rus hərbi qulluqçunun Ermənistanın cəzaçəkmə müəssisələrinə köçürülməsinə dair vəsadətlə bağlı hələ də qərar verilməyib.

Ordu.az xəbər verir ki, bu barədə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi məlumat yayıb.

Ötən ilin dekabrın 3-də Rusiya Federasiyasının 102-ci hərbi bazasının hərbi qulluqçusu “A.O” tərəfindən döyülməsindən sonra xəstəxanada ölən Gümrü sakini Culiyetta Qukasyanın varisinin hüquqlarının müdafiə edilməsini Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi öz üzərinə götürüb.

Vanadzor ofisinin sədri Artur Sakunts və vəkillər Arayik Zalyan, Hayk Hakopyan dekabrın 21-də cinayət işinin istintaqını aparan Ermənistan İstintaq Komitəsinin Şirak vilayətinin İstintaq idarəsinin xüsusi işlər üzrə müstəntiqi A.Mnoyana 102-ci hərbi bazanın ərazisində saxlanılan müttəhim “A.O”nun Ermənistanın müvafiq cəzaçəkmə müəssisələrinə köçürülməsi barədə vəsadət təqdim ediblər.

Onlar, bu vəsadəti verərkən “Ermənistan respublikası və Rusiya Federasiyası arasında Ermənistan ərazisində Rusiya hərbi bazasının yerləşməsi ilə bağlı işlərin qanuniliyi və qarşılıqlı hüquqi yardım məsələləri haqqında” 29 avqust 1997-ci ildə imzalanmış müqavilənin “Rusiya hərbi bazası tərkibinə daxil olan şəxs və həmin şəxslərin ailə üzvləri tərəfindən Ermənistan respublikası ərazisində törədilən cinayətlər və digər hüquq pozuntuları ilə bağlı işlərə Ermənistan respublikasının qanunvericiliyi tətbiq edilir və onun səlahiyyətli orqanları fəaliyyət göstərir” sənədlərini rəhbər tutublar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin