1. Pentaqonun yeni başçısı kiber qüvvələrə qarşı hansı tədbirləri görəcək?
Avqust ayında Tramp Mettisə ABŞ maraqlarına zərər vermədiyi müddətcə xarici ölkələrə qarşı kiber hücumlar təşkil edə biləcəyini bildirmişdi. Hazırda müvəqqəti nazir vəzifəsini yerinə yetirən Patrik Şanahan bu məsələ barədə görüşlərini açıqlamasa da, onun Trampla bənzər görüşdə olduğu düşünülür. Yeni təyin olunacaq Müdafiə nazirini isə daha geniş kiber səlahiyyətlər gözləyir. O, Milli Təhlükəsizlik Agentliyi və Kiber Komandanlığın nə vaxtdan etibarən ayrı-ayrılıqda fəaliyyət göstərəcəyinə də qərar verəcək.
2. ABŞ-Çin kiber münasibətlərində növbəti mərhələ nə olacaq?
Ötən il ABŞ Ədalət Departamenti Çin hakerlərini dövlət sirlərini ələ keçirməyə çalışmaqda tənqid etmişdi. Bundan sonra iki ölkə arasında ticarət müharibəsinin başlaması rəqəmsal gərginliyi daha da artırdı. Ekspertlərin fikrinə görə, Çin bu il də kiber hücumları azaltmağa çalışmayacaq.
3. Daha irimiqyaslı kiber hücumlar təşkil ediləcəkmi?
Ekspertlərin fikrincə, ABŞ-ın kiber sahədə üstünlüyünün olması bu üstünlüyün davamlı və stabil olacağı anlamına gəlmir. Digər tərəfdən kiber hücumların effektivliyi də sual altındadır. Bəzən illərlə vaxt alan haker hücumları heç də gözlənilən nəticələri vermir.
4. Kiber tədqiqatlara əhəmiyyət veriləcəkmi?
ABŞ-ın Çinin rəqəmsal innovasiyaları ilə ayaqlaşa bilməsi üçün akademiya və özəl sektorla əməkdaşlıq etməsinin əhəmiyyətli olduğu düşünülür. Ekspertlər bildirir ki, bir ideyanın hökumətdən maliyyə dəstəyi alması bəzən 7 ilə qədər uzanır, bu isə innovasiya sahəsində geriləməyə səbəb olur. Buna görə də, kiber tədqiqatlara, ideya və tətbiqetmələrə maliyyə dəstəyi baxımından üstünlük verilməlidir.
Sevinc Əliyeva
Ordu.az