Düşmən ordusundan fərarilik edən şəxs Peterburqda yaxalandı

2019/01/16597-1546845009.jpg
Oxunub: 11314     11:09     07 Yanvar 2019    
Ermənistan ordusundan fərarilik edən şəxs Sankt-Peterburqda həbs olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistandan qaçan gənc Avropa İttifaqına getmək məqsədilə sərhəddi keçmək istərkən rus sərhədçiləri tərəfindən yaxalanıb.

22 yaşlı erməni gənc, Ermənistanda hərbi xidmətdən yayındığına görə cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən axtarışda olub.

O, yanvarın 4-də “Torfyanovka” avtomobil keçid məntəqəsindən Finlandiyaya keçmək istərkən saxlanılıb. Erməni gənc hərbi xidmətdən yayınmaq məqsədilə İspaniyanın Quadalaxara şəhərində gizlənib. Onun barəsində 13 may 2015-ci ildə axtarış elan edilib.

Bildirilir ki, məhkəmə erməni gəncin Ermənistan hüquq mühafizə orqanlarına verilməsi barədə qərar qəbul edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin