İran və Rusiya Xəzərdə hərbi dəniz təlimi keçirəcək

2019/01/23423-1546843012.jpg
Oxunub: 9473     10:34     07 Yanvar 2019    
İran Rusiya ilə birlikdə Xəzər dənizində piratçılığa qarşı hərbi dəniz təlimlərinin keçiriləcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran donanması admirallarından Hüseyn Xanzadi bildirib.

“Xəzər dənizində Rusiya və İran donanmaları arasındakı əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə irəliləyib. Xəzər dənizinin qapalı göl olması və təhlükəsizliyinin təmamilə sahil dövlətlərin məsuliyyətində olması bizi daha da yaxınlaşdırır”, - deyə o bildirib.

Bu təlimlərin strateji, taktiki və əməliyyat sahələrində iki donanmanın hərbi heyətini yaxınlaşdıracağı bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya   Xəzər   Təlim  


Bizi "telegram"da izləyin