Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan paylaşdığı məlumatda Paşinyan və Armen Sarkisyandan onun əhv edilməsini xahiş edib.
““Dro işi” üzrə 1996-cı ildə ölüm hökmünə məhkum edilmiş, 2003-cu ildə isə ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz olunan məhkum Armenak Mncoyan ağır infaktla Erebuni Tibb Mərkəzinə təxliyyə edilib. Mən indi niyə vəziyyətin dəyişməsi adı altında eyni iş üzrə bəzi məhkumların azad edilməsinə, lakin Armenak Mncoyan və Arsen Atsruninin azad edilməməsi məsələsinə toxunmaq istəmirəm. Mən sadəcə ölkə prezidenti və Baş nazirindən xahiş edirəm ki, necə ki, gec deyil və bu addımı atmağa imkan var, Armenak Mncoyan əhv edilsin”.
Qeyd edək ki, "Facebook"da "Free Arsen Arzrouni" səhifəsinin yaydığı məlumata görə, Mncoyan ürək çatışmazlığından ölüb. Məlumatı yerli erməni KİV-ləri də təsdiqləyib.
Alpər Mövludoğlu
Ordu.az