Hindarx qəsəbəsinin şəhidləri anılıb – FOTOLAR

2019/01/49442-3093336370.jpg
Oxunub: 21760     10:02     05 Yanvar 2019    
Xocavənd rayonu Əmiralar kəndi istiqamətində gedən döyüşlərdə şəhid olan vətən övladları anılıb.

Ordu.az xəbər verir ki, bu barədə 1994-cü ildə Xocavənd rayonunun Əmirallar kəndi istiqamətində gedən döyüşlərin iştirakçısı Hindarx qəsəbə sakini Vüqar Heydərov danışıb.


Onun sözlərinə görə, 1994-cü il yanvarın 4-də aparılan əməliyyat zamanı Ağcabədi rayon Hindarx qəsəbəsindən 14 nəfər şəhid olub. O qeyd edib ki, həmin döyüşlərdə düşmənə ağır zərbə vursalar da, sonradan düşmənə edilən yardım nəticəsində xeyli itki verərək geri çəkilməyə məcbur olublar.

“51 nəfərlik bir dəstəylə Çeyildağı və Pirəbulağı istiqamətinə gedən əsgərlərimiz ilk həmlədə ermənilərə zərbə vurmağa müvəffəq oldular. Bir tank və bir “Niva” maşını sıradan çıxarıldı. Xeyli sayda erməni silahlısı məhv edildi. Sonradan ermənilərə əlavə qüvvənin gəlməsi nəticəsində əsgərlərimiz mühasirəyə salındı”, - deyə o bildirib.


Qeyd edək ki, həmin mühasirədən 14 nəfər çıxıb ki, onlardan 8-i yaralı olub. Həmin yaralılardan biri Bakıya aparılarkən şəhid olub. Qarabağ müharibəsi zamanı Hindarx qəsəbəsindən ümumilikdə 40 nəfər şəhid olub. Onlardan 5-i mülki, 35 nəfəri isə döyüşlərdə həlak olub.




Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindarx   Qarabağ-müharibəsi  


Bizi "telegram"da izləyin