Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 2-də saat 21:30-21:45 radələrində Tavuş vilayətinin Berd şəhər sakini, 26 yaşlı hərbi qulluqçu Arman Tadevosyana məxsus "Kia Sorento" markalı avtomobilin arxa yan şüşəsini qırmaq yolu ilə avtomobilində olan qızıl zinyət əşyalarını oğurlayıblar.
Hadisə Tadevosyanın Gümrü şəhərində yaşayan atasına baş çəkməsi zamanı baş verib. Arman Tadevosyan, atasına baş çəkdiyi 15 dəqiqə ərzində naməlum şəxs və ya şəxslər tərəfindən avtomobilindən içərisində 11 parçadan ibarət olan qızıl və gümüş zinyət əşyalarının olduğu qadın çantasının oğurlandığı barədə polisə məlumat verib.
Oğurlanan qızıl zinyət əşyalarının dəyəri 2 milyon dram civarında olduğu bildirilir.
Alpər Mövludoğlu
Ordu.az