Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Araşdırmaları Universitetinin təsisçisi general Hayk Kotancyan bildirib.
Məlumatda qeyd olunur ki, dünyanın tanınmış beyin mərkəzləri - NDU, HARVARD, РАГС при Президенте РФ, МГИМО МИД РФ - ilə əməkdaşlıq və dünya ermənilərinin vəsaiti hesabına formalaşdırılan Milli Müdafiə Araşdırmaları Universiteti Ermənistanın və dünya ermənilərinin milli təhlükəsizliyi maraqlarından irəli gələn strateji araşdırmalarını dayandırır.
Gənclər və tanınmış analitiklərin Milli Müdafiə Araşdırmaları Universitetindən getdiyi də bildirilir.
Alpər Mövludoğlu
Ordu.az