Ordu.az xəbər verir ki, “The Guardian” iki super güc arasındakı nüvə münasibətlərinə dair məqalə dərc edib.
Bildirilir ki, ABŞ və Rusiya arasında təhlükədə olan ikinici bir müqavilə isə “New Start” müqaviləsidir. Bu müqavilə 2010-cu ildə Barak Obama və Dmitri Medvedev tərəfindən imzalanıb. Müqavilə strateji raketlərin atıcı qurğularının sayını yarıya qədər azaldıb.
Bu müqavilə 2021-ci ildə uzadılmadığı təqdirdə sona çatacaq. Tramp Putinlə telefon danışığı zamanı müqaviləni “pis razılaşma” adlandırıb.
Tarixi 1987-ci il müqaviləsindən sonra, nisbətən müasir sayıla bilən bu müqavilənin də qüvvədən düşməsi, beynəlxalq ictimaiyyəti dünyanın təhlükəsizliyi barədə düşünməyə vadar edir.
İlkin Məmmədov
Ordu.az