Nigeriya ordusu “Boko Haram”ın 280 üzvünü məhv edib

2019/01/Niger-1546514991.jpg
Oxunub: 9600     15:30     03 Yanvar 2019    
Nigerya hökumətinin keçən həftə “Boko Haram”a qarşı əməliyyata başladığı gündən etibarən quru qoşunları və hava qüvvələri 280-dən çox terrorçunu məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Nigeriya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Nigeriya ordusu ötən cümə günündən etibarən terrorçulara qarşı təmizləmə əməliyyatı keçirib.

200-dən çox terrorçu hava hücumları ilə zərərsizləşdirilib və 87-si isə Nigeriya quru qoşunları tərəfindən məhv edilib.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin