Bu barədə
Ordu.az saytına Rusiya İnnovativ İnkişaf İnstitutunun Strateji Analiz Mərkəzinin direktoru Andrey İvanov bildirib.
“Paşinyan tərəfindən ictimaiyyət üçün hesablanan mövcud fəaliyyət yalnız ölkə daxilində effekt verə bilər, lakin heç bir şəkildə digər suveren dövlətlərə təsir göstərə bilməz. Əlavə olaraq KTMT üzvləri, ermənilərin öz maraqlarına nail olmaq üçün beynəlxalq arenada əsas davranış normalarını inkar etməyi nəzərdə tutan siyasətlərinin xüsusiyyətlərini nəzərə alaraq sərt bir mövqe tutacaqlar", - deyə o qeyd edib.

Həmsöhbətimizin sözlərinə görə, Lukaşenko və Nazarbayev gözəl başa düşürlər ki, KTMT Baş katibi vəzifəsinə öz adamını yerləşdirmək Paşinyana yalnız hər yerdə Azərbaycanla qarşıdurma xəttini dəstəkləmək barədə bəyanat vermək üçün lazımdır.
“Təsəvvür edin ki, Ermənistandan olan Baş katib bütün təşkilat adından Dağlıq Qarabağ haqqında siyasi bəyanatlar verir. Bu isə nə Rusiyaya, nə Belarusa, nə də Qazaxıstana lazımdır. Bundan başqa, Lukaşenkonun Moskva və Qərblə daha effektiv danışıqlar aparmaq üçün KTMT-dən necə istifadə edəcəyi barədə planları mövcuddur və Lukaşenko bu əlavə imkanları əldən verməyəcək.
İndi Baş katib vəzifəsi Ermənistanın nəyinə lazımdır? Həqiqətən də, bütün vacib məsələlər Baş katib tərəfindən deyil, dövlət başçılarının daxil olduğu KTMT Şurası tərəfindən qəbul edilir. Baş katib - aparata rəhbərlik etmək üçün yaradılan sırf texniki bir vəzifədir. Sadəcə, kimsə telefona cavab verməli və ya məktubların paylanılmasını əlaqələndirməlidir. Lakin daxili auditoriya qarşısında arzuolunanı gerçəklik kimi qələmə vermək üçün bu vəzifə Paşinyana lazımdır. O, vətəndaşlarına digər KTMT üzvlərinin İrəvanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini dəstəklədiyini, keçmiş Sovet İttifaqı respublikalarının Azərbaycanı saymadıqları və s. barədə danışır. İstəsəniz çox şey düşünüb tapa bilərsiniz. Bəlkə də erməni cəmiyyəti buna inanır. Lakin KTMT çərçivəsində əlavə əsəbilik yaranacaq. Məhz bu səbəbdən ümumilikdə heç bir şey ifadə etməyən Baş katib vəzifəsi hazırda Ermənistana verilməyəcək.
Lukaşenkonun fikrincə, erməni siyasətçiləri ilk növbədə inqilab ehtiraslarını aşmalı və yalnız bundan sonra beynəlxalq arenada ciddi fəaliyyətə başlamalıdır. Belarus prezidentini fikirlərini şərh edərsək belə demək olar ki, Minsk erməni siyasətçilərə əvvəlcə yetkinlik yaşına çatmağı və sonra böyük işlərdə iştiraka cəhd etməyi tövsiyə edir”, - deyə İvanov sözlərini yekunlaşdırıb.
Bəhram Batyev
Ordu.az