Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan müdafiə naziri Davit Tonoyan bildirib.
Silah alınmasına və Rusiyadan yeni kreditləşməyə dair suala cavab verərkən, Tonoyan, detallar barədə məlumat verməkdən yayınsa da, məsələnin müzakirə mərhələsində olduğunu qeyd edib.
"Rusiya Federasiyası ilə əməkdaşlıq kifayət qədər uğurla inkişaf edir. Hazırda söhbət 100 milyon dollardan gedir", - deyə o əlavə edib ki, bu kredit təyyarələrin alınmasına şamil edilmir.
"Biz çoxfunksiyalı aviasiya əldə edilməsinə xüsusi önəm veririk. Bu prioritetdir", - deyə Tonoyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az