Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qurudan nəzarət stansiyasının mobilləşdirilməsi ilə PUA sistemləri hərəkət qabiliyyəti əldə edib.
“Baykar” son dövrlərdə Türkiyə daxilində və xaricində intensiv olaraq istifadə edilən və 66 min saat uçuş müddətinə malik “Bayraktar TB2” ilə əldə etdiyi təcrübələri, bu sistemin təkmilləşdirilməsində istifadə edib.
Yük maşınına inteqrasiya edilən istinadgah içində yer alan qurudan nəzarət stansiyası ilə PUA və onların üzərindəki faydalı yüklər idarə oluna biləcək. Qurudan nəzarət stansiyasında PUA-nın uçuşu zamanı nəzarəti, bilgi təminatını və vasitələrlə əlaqə saxlamanı təmin edən elektron proqram təminatı mövcuddur.
Millilik göstəricisi 93% olan “Bayraktar TB2” üçün ərsəyə gətirilən mobil nəzarət stansiyasında təkərdən mühərrikə, qaldırıcı mexanizmdən elektron təchizata və proqram təminatına qədər milli məhsullar istifadə edilib.
Ağalar Ağalarlı
Ordu.az