İsrail müdafiə naziri Bakıda hərbi əməkdaşlığı müzakirə edəcək

2018/09/567_1536738723.jpg
Oxunub: 2708     15:33     12 Sentyabr 2018    
Sentyabrın 13-də İsrail Dövlətinin Müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən xəbərə görə, səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Bakı   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin