Ordu.az xəbər verir ki, jurnalistlərlə görüşü zamanı bu ifadəsinə münasibət bildirən Vanetsyan Ermənistan və Rusiya münasibələrinin bir o qədər də yaxşı olmadığını etiraf etməyə məcbur olub.
Onun sözlərinə görə, ruslarla zorla barışmışıq sözü iki şəxs arasında dialoqdur və bu dialoq zamanı erməni qrammatikasına və kəlmələrin ardıcıllığına əməl olunması tələb olunmur.
"Bəli sirr deyil ki, məxməri inqilabdan sonra bəzi dairələr, Ermənistanda vəziyyət dəyişib, yeni hakimiyyət xarici siyasət istiqamətini dəyişir kimi məlumatlar yaymışdılar. Bu narahatlıq bizim rus tərəfdaşlarımızda da var", - deyə o qeyd edib.
Vanetsyan səs yazısında KTMT baş katibini həbs etməyin lazım olmadığını bildirir: "Ruslarla zorla barışmışıq, Xaçaturov barədə həbs tədbiri kimi kənara çıxmamaq barədə iltizam alın".
Ordu.az