İranlı general: “İran PKK-nı vurmağa davam edəcək”

2018/09/13970318000714_Test_PhotoI_1536666249.jpg
Oxunub: 2076     19:43     11 Sentyabr 2018    
“Terrorçular fəaliyyətlərini dayandıracaqları vədini vermişdilər, lakin biz gördük ki, qarşı tərəf bu vədindən çox uzaqdır. Nəticədə lazım olan addımı da dərhal atdıq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İran Baş Qərargah rəisi general-mayor Hüseyn Bağıri səsləndirib.

O qeyd edib ki, İraqın Kürdüstan regionunda PKK terror qruplaşması tərəfindən həyata keçirilən təxribatçı addımlar Tehranı hərbi yollara əl atmaq məcburiyyətində qoyur.

“Biz silahlı qarşıdurmaların yekunlaşdırılması ilə bağlı uzlaşmaya getmişdik. Lakin PKK bizə dərs verdi ki, terror qruplaşması heç vaxt öz təxribatçı addımlarından yayınmır. Əgər bənzər hallar bir daha yaşanarsa həyata keçirilən son raket hücumlarının ardı gələcək”, - deyə Bağıri bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PKK  


Bizi "telegram"da izləyin