Harutyunyan naziri olarkən Rusiya vətəndaşlığı alıb

2018/09/345345_1536663262.jpg
Oxunub: 2463     18:52     11 Sentyabr 2018    
Ermənistanın xüsusi istintaq xidməti sabiq müdafiə naziri Mikayel Harutyunyanla bağlı araşdırmalara başlayıb.

Ordu.az erməni KİV-Lərinə istinadən xəbər verir ki, xidmət martın 1-də başlıca ittihamçılardan biri olan Mikayel Harutyunyanın 2002-ci ildən etibarən Rusiya Federasiyasının vətəndaşı olması məsələsini araşdırır.

Ermənistan Respublikasının baş prokurorunun müşaviri Qor Abrahamyan bildirib ki, cinayət işi üzrə ilkin araşdırma aparan orqan Harutyunyanın vətəndaşlığı məsələsinin aydınlaşdırılması üçün tədbirlər görür.

"Cinayət işi üzrə bununla bağlı məsələ aydınlaşdırıldıqdan sonra ədliyyə sistemində müzakirə edilən bütün digər məsələləri müzakirə etmək mümkün olacaq", - deyə o qeyd edib.

Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan da söhbətində Harutyunyanın Rusiya vətəndaşı olması faktının araşdırldığını deyib. Bir neçə gün əvvəl "İnterfaks" məlumat yaydı ki, Harutyunyanın 2002-ci ildən bəri rus pasportu var. Harutyunyanın 2000-ci illərdə Ermənistan müdafiə naziri vəzifəsini tutmasına baxmayaraq, bu məlumat uzun illər açıqlanmayıb.

Qeyd edək ki, Rusiya öz vətəndaşı olması səbəbindən ərazilərində Harutyunyanın dövlətlərarası axtarışının dayandırılması barədə qərar verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin