Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aparılan tədbirlər nəticəsində mülki sakin H. A. hərbi polisə dəvət olunub.
O bildirib ki, Yexeqnadzor hərbi komissarlığının çağırış bölməsinin rəisi, kapitan Q.Q 11 ABŞ dolları qarşılığında onu hərbi xidmətdən azad etmək və hərbi bilet verməyi təklif edib.
Prosesin başlaması üçün ilkin olaraq 3000 ABŞ dolları tələb olunub. Amma H. A adlı vətəndaş tibbi müayinələr zamanı ürək sağlamlığı problemi olduğunu və orduya çağırılmasının mümkün olmadığını öyrənib. Daha sonra kapitan Q.Q-yə razılaşdığı məbləğı verməkdən imtina edib.
Hazırda 8-ci qarnizon istintaq şöbəsində cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açılıb.
Alpər Mövludoğlu
Ordu.az