Ordu.az xəbər verir ki, möhtəşəm hadisənin 100 illiyi ilə əlaqədar keçiriləcək paradla bağlı hazırlıqlara artıq başlanılıb.
Öndə süvarilər nizamla hərəkət edirlər. Onların arxasınca isə piyada dəstələri hərbi marşın sədaları altında təntənəli keçidlə addımlayırlar.
Parada Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların müvafiq strukturlarının şəxsi heyəti və minik vasitələri cəlb edilib. Hazırlıq tədbirləri çərçivəsində Parad iştirakçıları Azadlıq Meydanı və Dənizkənarı Bulvar ərazisindən hərbi geyimlərdə, süvari və piyada ordu şəklində keçiblər. Təntənəli keçidi paytaxt sakinləri maraqla izləyiblər.
Qeyd edək ki, sentyabrın 15-də parad iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə Bakının küçələrindən kəçəcəklər. Onların geyimləri də Azərbaycan və Osmanlı ordusunun 100 il əvvələ aid hərbi geyimlərinə uyğunlaşdırılacaq.
Ordu.az