Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə naziri Maris Peyni və Müdafiə Sənayesi naziri Kristofer Payn bildirib.
Nazirlərin sözlərinə görə, Avstraliya Müdafiə Nazirliyi Quru Qoşunlarının ehtiyacı olan tank əleyhinə raketlərin çatdırılması üçün İsrailin “Rafael” şirkəti seçilib.
İmzalanan müqavilə əsasında “Rafael”in çatdıracağı “Spike LR2” raketləri “Rheinmetall”ın “Boxer” vasitələrinə əlavə ediləcək. Çatdırılacaq raketlər “Varley” şirkəti ilə birlikdə istehsal ediləcək.
Qeyd edək ki, Avstraliya QQ İsrail Müdafiə Qüvvələrindən “Rafael”in beşinci nəsil raketlərini satın alan ikinci ordu olacaq.
Ağalar Ağalarlı
Ordu.az