Ordu.az TASS-a istinadən xəbər verir ki, mərminin təqdimatı Rusiyadakı “Army-2018” beynəlxalq hərbi-texniki forumda baş tutub.
Mərmini “Rostec”in nəzdində fəaliyyət göstərən “Techmash” firması istehsal edib. Təqdimatda çıxış edən “Techmash”ın Baş direktoru Vladimir Lepin onun üç növünün hazırlandığını bildirib.
Qeyd edək ki, “Tornado-G” 2014-cü ildə istifadəyə verilsə də, yaxın zamanlara qədər ictimaiyyətə təqdim olunmamışdı. O, klassik “Qrad” sistemlərini əvəzləmək məqsədilə ərsəyə gətirilib.
Ağalar Ağalarlı
Ordu.az