Hindistan ballistik raketini sınaqdan keçirib

2018/08/india-k4-770x400_1534933049.jpg
Oxunub: 4014     18:18     22 Avqust 2018    
Hindistan donanması sualtı gəmidən atılan B-05 ballistik raketini sınaqdan keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə donanmanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sınaq zamanı “INS Arihant” atom sualtı gəmisindən üç raket buraxılıb. Raketlərin hər biri şərti hədəflərini dəqiq vurub.

“Sualtı gəmidən atılan hər üç raket Vizaq sahilindən 10 kilometr məsafədə və 20 metr dərinliyində yerləşən hədəfi dəqiq vurub”,- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, B-05 10 metr uzunluğunda, 10 ton ağırlığa və 750 kilometr mənzilə sahib raketdir. O, 1000 kiloqrama qədər faydalı yük daşıya bilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   B-05   Ballistik-Raket  


Bizi "telegram"da izləyin