Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, söhbət Almaniyanın öz “Tornado” təyyarələrini əvəzləmək məqsədilə həyata keçirmək istədiyi proqramdan gedir.
Belə ki, Berlin sözügedən qırıcıların istifadə müddətinin sona çatmaqda olmasından dolayı onları əvəzləyə biləcəyi alternativləri dəyərləndirir.
Dəyərləndirilənlər arasında xüsusilə F-35 təyyarələri də olsa da, hələlik bununla bağlı son qərar verilməyib. Belə bir vaxtda ABŞ-dan bununla bağlı təzyiqlər güclənir.
Almaniyanın Xarici Əlaqələr üzrə Şurasının sədr müavini Kristian Möllinq bildirib ki, bu sadəcə texniki məsələ olsa idi, proqram bu qədər problemli hal almazdı, lakin hazırda Almaniya ilə ABŞ arasındakı məsələ tamamilə siyasidir.
Ağalar Ağalarlı
Ordu.az