Husilər Səudiyyə Ərəbistanına raket atıblar

2018/08/f5909fd9-c8da-4753-b5d2-35d50a966ce0_16x9_788x442_1534928852.jpg
Oxunub: 1677     17:08     22 Avqust 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının Cizən vilayətinə ballistik raketlə hücum ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ərəb koalisiyasının mətbuat katibi polkovnik Türki Əl-Maliki bildirib.

Onun sözlərinə görə, hücum yerli vaxtla səhər 06:19-da baş verib və raket Cizənin insanların sıx məskunlaşdığı bölgəsini hədəf alıb.

Buna baxmayaraq Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə bölmələri raketi uğurla zərərsizləşdirə biliblər, heç bir itki və dağıntı yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin