Husilər koalisiya hərbçilərini pusquya salıb: 5 ölü

2018/08/n83008987-72505157_1534924846.jpg
Oxunub: 2660     15:55     22 Avqust 2018    
Husi qiyamçıları Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhəd bölgəsində koalisiya hərbçilərini pusquya salıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə husilərə yaxın mənbələr bildiriblər.

İddiaya görə, hərbçilərin pusquya salınması ilə azı beş hərbçi öldürülüb, bir neçəsi isə yaralanıb.

Ümumilikdə son 48 saat ərzində qiyamçılarla koalisiya qüvvələri arasında 80-ə qədər qarşıdurma baş verdiyi və hər iki tərəfin çox sayda itki verdiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Yəmən   Koalisiya  


Bizi "telegram"da izləyin