ABŞ və Cənubi Koreya yenidən hərbi xərcləri müzakirə edirlər

2018/08/2018030901093_0_1534923282.jpg
Oxunub: 1610     15:13     22 Avqust 2018    
Birləşmiş Ştatlar və Cənubi Koreyadan olan nümayəndə heyətləri bu gün yenidən müdafiə xərclərinin ədalətli bölüşdürülməsi üzrə müzakirələr aparmaq üçün bir araya gəliblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüş Cənubi Koreyanın paytaxtı Seuldakı Koreya Müdafiə Analizləri İnstitutunun binasında baş tutub.

Yerli vaxtla 10:00-da başlayan görüş tərəflər arasında uzun müddətdir davam edən danışıqların altıncı raundunu təşkil edir.

Bu danışıqlarda Koreya yarımadasında yerləşdirilmiş ABŞ qoşunlarının saxlanması üçün Cənubi Koreyanın bundan sonra edəcəyi ödənişlər müzakirə edilir.

Qeyd edək ki, hazırda Cənubi Koreyada 28500 ABŞ əsgəri fəaliyyət göstərir və Cənubi Koreya bunun üçün illik 856 milyon dollar ödəyir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin