Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, nümayiş etdirilən ləvazimatlar arasında Su-57 təyyarələri, “Armata” döyüş tankı, “Kinjal” hipersəs raketi və s. var.
Açılışda çıxış edən Rusiya Müdafiə naziri Sergey Şoyqu öz nitqində nümayiş etdirilən silahlardan əksəriyyətinin Suriyadakı hərbi kampaniyada öz dəyərlərini isbat etdiyini vurğulayıb.
Qeyd edək ki, avqustun 26-na qədər davam edəcək forumda 26 mindən çox eksponatın nümayişi gözlənilir. Burada Rusiya ilə yanaşı, Çin, Türkiyə, Pakistan, Belarus və Hindistan da iştirak edir.
Ağalar Ağalarlı
Ordu.az