Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüş zamanı nazirlər iki ölkə arasındakı hərbi əməkdaşlığı dərinləşdirmə sözü veriblər.
Modi ölkələrin sahib olduğu qədimdən gələn dostluq əlaqələrinə diqqət çəkərək, bundan sonra da sərhəd stabilliyinin birgə təminatı üçün silahlı qüvvələr arasında təcrübə mübadiləsinin və əməkdaşlığın gücləndirilməsinə çağırır.
Öz növbəsində Vey Fenqe öz səfərinin Hindistan və Çin liderlərinin aprel ayındakı görüşü zamanı əldə edilmiş konsensusun tətbiqinə töhfə verəcəyini vurğulayıb.
Bu görüşdən sonra Fenqenin Hindistan Müdafiə naziri Nirmala Sitharamanla bir araya gələrək hərbi əməkdaşlıq və sərhəd təhlükəsizliyi məsələləri üzərində müzakirələr aparması gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az