Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, beş həftə ərzində davam edən sınaqlar ABŞ-ın Texas, Yeni Meksika və Alabama ştatlarında baş tutub.
Sınaqlar zamanı adıçəkilən ştatlarda yerləşən müxtəlif obyektlərin hava və raketdən müdafiəsində istifadə olunan IBCS-lərin dəyərləndirilməsi həyata keçirilib.
Sınaqda IBCS-dən virtual olaraq IAMD tapşırıq qüvvəsini formalaşdırmaq və dörd kritik obyekti müdafiə etmək tələb olunub. Bu zaman sistem qırmızı, mavi təyyarələri, qanadlı raketləri və taktiki ballistik raketləri izləyib.
Ağalar Ağalarlı
Ordu.az