Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hesabat 2017-ci ildəki vəziyyəti əks etdirir.
Belə ki, ötən ilin göstəricilərinə əsasən Yəməndə müxtəlif tərəflər 800-ə qədər uşaqdan hərbçi kimi istifadə edib. Hərbi məqsədlərlə istifadə olunan uşaqlar arasında minimum yaş həddi 11, maksimum isə 17 olub.
Qeyd olunub ki, 2017-ci ildə əsgər kimi istismar edilən uşaqların üçdə-ikisi, başqa sözlə 520-dən çoxu husilər tərəfdən çıxış edib. Digərləri isə əsasən Yəmən ordusunun mövqelərindən fəaliyyət göstərib.
Qarşıdurmalar zamanı 100-dən çox uşaq həlak olub, daha 70-ə qədəri isə yaralanıb.
Dəyanət Ağalarlı
Ordu.az