Cənubi Koreya Dron Mütəxəssisləri şöbəsi formalaşdıracaq

2018/08/received_531194360653151_1534869298.jpeg
Oxunub: 3587     00:32     22 Avqust 2018    
Cənubi Koreya Müdafiə Nazirliyinin Hərbi Şəxsi Heyət Administrasiyası orduda dron mütəxəssislərindən ibarət yeni elmi araşdırma bölməsi formalaşdıracaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı administrasiyanın mətbuat katibi verib.

Bildirilib ki, Müdafiə Nazirliyinin bir alt qurumu olan Hərbi Şəxsi Heyət Administrasiyası daxilində yeni Dron Mütəxəssisləri şöbəsi açılacaq.

Məlumata əsasən ilkin mərhələdə 64 nəfər mütəxəssisin elmi araşdırmalar və aktiv istehsal fəaliyyətləri ilə məşğul olacağı şöbə daha sonra genişləndiriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Dron-Mütəxəssisləri-Şöbəsi  


Bizi "telegram"da izləyin