Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Hərbi Sənaye Komitəsinin sədri Avetik Kerobyan bildirib.
Onun sözlərinə görə, bu məhsullar əsasən ehtiyat hissələri olaraq bəzi komponentlərdir.
"Yəni son məhsul istehsalı, silah və ya hərbi texnika şəklində deyil, hərbi komponentlərlə təmin edilir. Lakin bu da hərbi-sənaye məhsulları adı daşıyır və Rusiya Federasiyasına ixrac olunur. Söhbət xüsusilə dövlətə aid radioelektronika şirkətlərindən gedir. Bu gün rus şirkətlərinə ixrac edilən hərbi məhsullar dəqiq avadanlıqlar, ölçü cihazları, geniş çeşidli radioelektronik avadanlıqların bəzi növləri rəqəmsal çeviricilərdən ibarətdir", - deyə o bildirib.
Kerobyan qeyd edir ki, Rusiya və Ukraynadan başqa bəzi Avropa ölkələrinə də məhsullar ixrac edilir: "Ancaq biz Yaxın Şərqə ənənəvi olaraq silah bazarının böyük olduğu perspektiv bir bazar kimi baxırıq. Düşünürük ki, həmin bazarda son məhsul istehsalçısı olaraq yer tapacağıq. Həm təyyarələrə, radiolakasiya stansiyaları və pilotsuz uçuş aparatları sahəsinə müəyyən maraq var. Burada müəyyən maraq əldə etməklə yaxın gələcəkdə ixrac imkanları əldə edəcəyimizə inanıram".
Alpər Mövludoğlu
Ordu.az