Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bəyan edib.
Onun sözlərinə görə, sözügedən sənəddə hüquq sistemində tələb olunan islahatlar, ad məsələsinə dair qərarın bütün daxili prosedurlardan keçirilməsi, kəşfiyyat və təhlükəsizlik xidmətlərində şəffaflığın təmin olunması, xaricdə silahlı qüvvələrin yerləşdirilməsinə dair daxili qanunvericiliyi tənzimləmək və s. daxildir.
Məlumata görə, hökumətlə koordinasiya halında nazirlər iqtisadi, siyasi, təhlükəsizlik və hüquqi şərtləri təmin etməli, o cümlədən 2020-ci ilin sonuna qədər hazır olmalıdırlar.
Makedoniya və NATO-nun üzvlüyə qəbul danışıqlarına gələn aydan etibarən başlaması gözlənilir. Proses 2020-ci ilin aprelinə qədər davam edə bilər. İstənilən halda son nəticədə qərar Makedoniya və NATO-ya üzv dövlətlər tərəfindən ratifikasiya edilməlidir.
Ağalar Ağalarlı
Ordu.az