“Pentaqon Çinin genişlənən qlobal təsir gücünü hədəf alıb” - Diplomat

2018/08/received_243695249809391_1534864235.jpeg
Oxunub: 2433     23:09     21 Avqust 2018    
“Pentaqonun Çini hədəf almaqda əsas məqsədi Pekinin Vaşinqtonun planetin super güc mövqeyinə olan iddiasına cavab verməkdir”

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı ABŞ diplomatı Piter Raymond bildirib.

O qeyd edib ki, ABŞ bəzi dövlətlərin etdiyi qeyri-konstruktiv addımlara göz yumur və Çinin tutduğu mövqenin yanlış olduğunu, regional və qlobal miqyasda sülhə təhdid doğurduğunu iddia edirsə, burda ciddi səmimiyyətsizlik mövcuddur.

“ABŞ əgər həqiqətən beynəlxalq miqyasda sülh və ədalət axtarışındadırsa, o halda elə Çinin mövcud olduğu regionda Pekinin iştirakı olmadan baş verən problemlərə münasibət bildirsin və kəskin mövqe ortaya qoysun. Vaşinqton digər məsələlərə göz yumub, gəlib Pekini qınayırsa burda bir ikili standart ortaya çıxır. Aydın olur ki, ABŞ-ın hədəf aldığı əsas məsələ Çinin qlobal təsir gücüdür, sülhə olan təhdidlər yox”, - deyə diplomat vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin