Ordu.az TASS-a istinadən xəbər verir ki, o, bunun mümkünlüyünü təsəvvür belə edə bilmədiyini vurğulayıb.
Serbiyalı həmkarı və eyni zamanda Baş nazirin birinci müavini olan İvika Daciclə birlikdə mətbuat konfransına qatılan Lavrov Rusiyanın “Taliban”dan İŞİD-ə qarşı döyüşdə istifadə etməsinə dair iddialara cavab verib.
“Mən hətta nəzəri olaraq belə Rusiyanın İŞİD-lə mübarizədə “Taliban”dan istifadəsini təsəvvür edə bilmirəm. Biz bütün mümkün yollarla İŞİD-ə qarşı mübarizə aparırıq. Bu çətin mübarizədə Suriyanı dəstəkləyir, İraq ordusunun təchizatına kömək edirik”, - deyə Lavrov bildirib.
Ağalar Ağalarlı
Ordu.az