Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə firmanın Beynəlxalq Fantom İşlər bölməsinin sədri Şeyn Arnot bildirib.
Onun sözlərinə görə, sınaqlar Avstraliyanın “Queensland” aviabazasında həyata keçirilib. “Boeing”in yeni texnologiyası ilə təchiz edilmiş PUA öz uçuşunu uğurla başa vurub.
Bildirilir ki, sözügedən texnologiya daha kiçik və orta ölçülü bizneslərlə əməkdaşlıq sayəsində ərsəyə gətirilib. Onun hazırlanmasında 14 biznes qurumu ilə 2,3 milyon dollarlıq müqavilə imzalanıb.
Qarşıdakı aylarda sözügedən texnologiyanın sınaqlarının növbəti mərhələsinin baş tutacağı və onun pilotsuz dəniz vasitələrində istifadəsinin mümkünlüyünün dəyərləndiriləcəyi bildirilib.
Ağalar Ağalarlı
Ordu.az