Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.
“Bu iş dövlət silahlanma proqramında da nəzərdə tutulmuşdu və birbaşa olaraq Ali Baş Komandanının təlimatı əsasında həyata keçirilir. Hazırda işlər konseptual modellərin və prototiplərin hazırlanması mərhələsindədir”, - deyə Borisov söyləyib.
Onun sözlərinə görə, layihənin son məqsədi bu vaxta qədər əvvəlcədən mövcud olan təyyarələr üzərində hazırlanan nümunələrdən tamamilə fərqlənən yeni bir modelin ərsəyə gətirilməsidir.
Ağalar Ağalarlı
Ordu.az