Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Taliban”a yaxın mənbə bildirib.
Mənbənin məlumatına görə, “Taliban” Əfqanıstanla bağlı Moskvada baş tutacaq danışıqlara nümayəndə heyəti göndərməyi düşünür.
Qeyd edək ki, sentyabrın dördündə həyata keçirilməsi planlaşdırılan danışıqlarda Əfqanıstan böhranı və sülhün bərqərar edilməsi yolları müzakirə ediləcək.
Ağalar Ağalarlı
Ordu.az